ADPU-nun Şamaxı filialında payız imtahan sessiyası zamanı Apellyasiya Komissiyası tələbələrin müraciətlərini şəffaf və obyektiv şəkildə nəzərdən keçirir. Hər bir müraciət fərdi qaydada araşdırılır və qiymətləndirmə prosesində ədalət prinsipləri rəhbər tutulur.
Filialın direktoru, dosent Tünzalə Yusifova komissiyanın sədri olaraq komissiyanın ümumi fəaliyyətini və üzvlərin işini koordinasiya edir, prosesin bütün mərhələlərini yaxından izləyir, apellyasiyaya təqdim olunan imtahan vərəqlərini nəzərdən keçirir və qiymətləndirmə meyarlarının düzgün tətbiqini təmin edir. O, müəllim və tələbələr arasında aparılan müzakirələri izləyərək şəffaflığın təmin olunmasına xüsusi önəm verir. Qaldırılan məsələlər və suallar üzrə izahatlar verilir, qarşılıqlı fikir mübadiləsi aparılır, tələbələrin mövqeləri dinlənilir.
Ümumilikdə, apellyasiya prosesi açıq dialoq, qarşılıqlı anlaşma və şəffaflıq şəraitində həyata keçirilir. Bu yanaşma imtahanların ədalətli və obyektiv keçirilməsini təmin edir və tələbələrin hüquqlarının qorunmasına xidmət edir.



