Filialın İnsan resursları və kargüzarlıq şöbəsinin əməkdaşları Pur-Rza Sevda və Mirzəyev Kamil İnvest Academy Tədris Mərkəzinin təşkil etdiyi 1 (bir) aylıq “İnsan Resursları” təlimində iştirak etmişlər. Təlim müddətində iştirakçılar insan resurslarının idarə olunması, kadr sənədləşməsi, əmək qanunvericiliyi və müasir HR yanaşmaları ilə bağlı nəzəri və praktiki biliklərə yiyələnmiş, proqramı uğurla başa vurduqlarına görə tədris mərkəzi tərəfindən müvafiq sertifikatlarla təltif olunmuşlar.