Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında İnzibati-təsərrüfat şöbəsinin əməkdaşları Hacıyeva Gülövşə və Hasilov Hamletin 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Tünzalə Yusifova yubliyarları səmimi-qəlbdən təbrik edərək bildirib ki, filialın hər bir əməkdaşı kollektiv üçün dəyərlidir. O vurğulayıb ki, bu cür tədbirlərin keçirilməsi əməkdaşların əməyinə verilən mənəvi qiymətin göstəricisi olmaqla yanaşı, kollektivdə motivasiyanın artırılmasına da xidmət edir. Direktor Hacıyeva Gülövşə və Hasilov Hamletin uzun illər səmərəli fəaliyyətini yüksək qiymətləndirərək onlara möhkəm cansağlığı və gələcək işlərində uğurlar arzulayıb.
Filialın Həmkarlar İttifaqı Komitəsinin sədri, baş müəllim Çingiz Dadaşov da yubliyarları təbrik edərək qeyd edib ki, belə tədbirlər rəhbərliyin əməkdaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir və kollektiv ruhunun möhkəmlənməsində mühüm rol oynayır.
Tədbirin sonunda Hacıyeva Gülövşə və Hasilov Hamlet təşəkkürnamə ilə təltif olunub. Yubliyarlar göstərilən diqqətə görə filial rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir səmimi ab-hava və xoş əhval-ruhiyyə şəraitində davam edib.

