Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında keçirilmiş “Aləmdə səsim var mənim” mövzusunda Respublika elmi konfransının materialları kitab halında çap olunub. Nəşrdə konfrans çərçivəsində tanınmış alim və tədqiqatçıların məruzələri, Seyid Əzim Şirvaninin ədəbi irsinin müxtəlif aspektlərini əhatə edən elmi məqalələr yer alıb.

Konfrans materiallarının toplandığı bu nəşr Seyid Əzim Şirvani irsinin təbliği, elmi ictimaiyyətə və gənc tədqiqatçılara çatdırılması istiqamətində atılan mühüm addımlardandır. Kitab ADPU-nun Şamaxı filialının “Kitabxana və elektron resurslar şöbəsi”ndə ən qiymətli nəşrlər sırasına daxil edilib.

https://kec.az/cVPhZ