2025/2026-cı tədris ilinin payız semestri üzrə imtahan sessiyasının keçirilməsinə 29 dekabr 2025-ci il tarixindən etibarən başlanılmışdır. İmtahan sessiyasının təlimata uyğun olaraq 5 həftə müddətində davam etdirilməsi nəzərdə tutulmuşdur.
Filial üzrə 8 ixtisasda təhsil alan 33 akademik qrupun 646 tələbəsinin iştirakı ilə ümumilikdə 193 imtahanın keçirilməsi planlaşdırılmışdır. İmtahanlar tədris planlarında nəzərdə tutulmuş fənlər üzrə, qiymətləndirmə meyarları əsasında qiymətləndirilir. Bu proses təhsilalanların semestr ərzində əldə etdikləri nəzəri bilik və praktiki bacarıqların qiymətləndirilməsi, eləcə də tədris keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Hər bir imtahan prosesi saat 09:00-da başlayır və 11:15-dək davam etməklə ümumilikdə 3 akademik saat müddətini əhatə edir.
Filialda imtahan sessiyası dövründə Apellyasiya komissiyası öz fəaliyyətini fasiləsiz şəkildə davam etdirir. Eyni zamanda, əvvəlki sessiyalarda olduğu kimi, İmtahan Qərargahı da fəaliyyətə başlamışdır. Apellyasiya komissiyası və Qərargah tələbələrin imtahan prosesi ilə bağlı müraciət və şikayətlərinin operativ şəkildə qeydə alınması, araşdırılması və vaxtında həll olunmasını təmin etmək məqsədi daşıyır. Bu mexanizmlər imtahan sessiyasının təşkilində akademik dürüstlük və idarəetmədə səmərəliliyin təmin edilməsinə xidmət edir.


