ADPU-nun Şamaxı filialında payız semestrinin imtahan sessiyasına hazırlığa həsr olunmuş 22 dekabr 2025-ci il tarixində Elmi Şuranın iclası keçirilib. İclasda imtahanların təşkili, imtahan cədvəlinin təsdiqi, fənlər üzrə imtahan materiallarının hazırlanması, akademik dürüstlüyün və şəffaflığın təmin edilməsi məsələləri müzakirə olunub. Həmçinin imtahan prosesində nəzarətin gücləndirilməsi, texniki və təşkilati məsələlərin vaxtında həlli, tələbələr üçün məsləhət saatlarının təşkili ilə bağlı müvafiq qərarlar qəbul edilib. Elmi Şura üzvləri imtahan sessiyasının mövcud qaydalara uyğun, obyektiv və şəffaf şəkildə keçirilməsinin vacibliyini vurğulayıblar. Gündəlikdə olan cari məsələlərdə müzakirə olunaraq rəy və təkliflər dinlənilib.