Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində intellektual sistemlər və kompüter elmləri” kafedrasının müdiri, dosent Elçin Abasov tərəfindən ADPU-nun Şamaxı filialının Kitabxana və elektron resurslar şöbəsinə 103 adda 107 nüsxə ədəbiyyat əvəzsiz olaraq hədiyyə edildi.
Hədiyyə edilmiş kitablar, əsasən, riyaziyyat və informatika sahələrini əhatə edir və bu istiqamətlər üzrə müasir elmi yanaşmaları, nəzəri bilikləri və praktik məsələləri özündə birləşdirir. Bu təşəbbüs ADPU-nun Şamaxı filialının kitabxana fondunun zənginləşdirilməsi, eləcə də tədris və elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

