Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında İnzibati təsərrüfat şöbəsinin əməkdaşı Fərmanova Nabatın 65 illik yubileyi münasibətilə tədbir keçirildi.
Filialın direktoru, dosent Tünzalə Yusifova tədbiri açaraq yubliyarı təbrik edib və qeyd edib ki, filialın hər bir əməkdaşı dəyərlidir və bu kimi tədbirlərin təşkili kollektivin motivasiyası və mənəvi dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tünzalə xanım Nabat Fərmanovaya uzunmüddətli əmək fəaliyətinə görə təşəkkür edərək ona cansağlığı və uğurlar arzulayıb.
Filialın Həmkarlar İttifaqı Komitəsinin sədri baş müəllim Çingiz Dadaşov yubliyarı təbrik edərək qeyd etdi ki, bu kimi tədbirlər Tünzalə xanımın fəaliyyətinin, zəhmətinin və kollektivə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir və filial kollektivinin həmrəyliyini gücləndirir.
Ardınca filialın əməkdaşı Fərmanova Nabat təşəkkürnamə ilə təltif olunub. Nabat xanım Şamaxı filialının rəhbərliyinə və Həmkarlar İttifaqı Komitəsinə təşəkkürünü bildirib.
Tədbir səmimi və yüksək ovqatla davam edib.


