Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında professor- müəllim heyətinin tədrisin keyfiyyətinin tələbələr tərəfindən qiymətləndirilməsi məqsədilə  anonim sorğu keçirilmişdir. Sorğunun nəticələri professor- müəllim heyətinin fəaliyyətinin təkmilləşdirilməsi, tədris prosesinin keyfiyyətinin artırılması və gələcək qərarların qəbulunda istifadə olunacaqdır. Eyni zamanda anket sorğularının nəticələri təlimata uyğun hesablanaraq müəllimlərin Reytinq qiymətləndirilməsində nəzərə alınacaqdır.

Qeyd edək ki, filialda keçirilən Reytinq qiymətləndirilməsi nəticəsində müəllimlər arasında deferensial  əməkhaqqı tətbiq olunur.