Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün sınaq imtahanı təşkil olunmuşdur. Filialın Karyera Mərkəzinin və EDU Company təhsil şirkətinin birgə təşkilatçılığı ilə keçirilən bu sınaq imtahanında filialda təhsil alan III, IV və V kurs tələbələri iştirak etmişlər.
Sınaq imtahanının keçirilməsində əsas məqsəd tələbələrin magistratura qəbul imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, eyni zamanda real imtahan mühitinin yaradılması olmuşdur. İmtahan prosesi mövcud qaydalara uyğun şəkildə təşkil edilmiş, iştirakçılara imtahan müddəti və tapşırıqlar barədə ətraflı məlumat verilmişdir.
Keçirilən sınaq imtahanı tələbələrə biliklərini sınamaq, zəif və güclü tərəflərini müəyyənləşdirmək, eləcə də qarşıdakı magistratura qəbul imtahanlarına daha məqsədyönlü şəkildə hazırlaşmaq imkanı yaratmışdır.



