ADPU Şamaxı filialında İKT şöbəsi tərəfindən keçirilən seminar zamanı Moodle LMS platformasında hesaba daxil olma və faylların yerləşdirilməsi qaydaları izah edilmişdir. Seminar çərçivəsində son dövrlər tələbələrin fayl ölçüsünün böyük olması səbəbindən qarşılaşdıqları yükləmə problemləri müzakirə edilmiş, bu problemin həlli kimi Microsoft OneDrive üzərindən faylların yerləşdirilməsi praktik şəkildə göstərilmişdir. Tələbələrə Moodle platformasının tədris prosesindəki əhəmiyyəti və düzgün istifadəsinin vacibliyi vurğulanmışdır.






