Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərlərinin iştirakı ilə “Gender əsaslı zorakılığa qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
Tədirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini- rayon icra hakimiyyətində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Mehriban Eyubova, ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova, Şamaxı Dövlət Regional Kollecin direktoru İlham Vəliyev, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə, rayon Ağsaqqallar Şurasının üzvü Nəzakət Abdurazaqova, rayon Ağsaqqallar Şurasının sədri dosent Mayıl Alıcanov, SXA-nin Dağlıq Şirvan Regional fililalının müdiri Vüsal Məmmədov və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin müdiri Yeganə Əsgərova ölkəmizdə hər sahədə gender bərabərliyinin qorunduğunu, tarix boyu Azərbaycan qadınının milli- mənəvi dəyərlərinin daşıyıcısı olaraq günümüzdə də müxtəlif sahələrdə söz sahibinə malik olduğunu vurğulayıblar.
Buna baxmayaraq cəmiyyətimizdə gender zorakılığı, məişət zorakılığı, təhsildən yayınma, erkən nikah kimi problemlər hələ də aktuallığını itirməmiş, öz mənfi nəticələri ilə ailə institutuna zərbə vurmaqdadır. Söhbət zamanı bu kimi halların qarşının alınmasının həlli istiqamətində müzakirələr aparılıb, təkliflər irəli sürülüb.
Bildirilib ki, bu sahədə əldə olunan müsbət nəticələr yalnız dövlət qurumlarının deyil, eyni zamanda cəmiyyətin bütün təbəqələrinin birgə səyləri nəticəsində mümkün ola bilər.


