Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının (ADPU) “Kitabxana və elektron resurslar şöbəsi”ndə Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibətilə “Xatirələrdə yaşayan Lider” adlı diskussiya keçirildi. Kitabxana və elektron resurslar şöbəsinin müdiri V.N.Razimi diskussiyanı giriş sözü ilə açaraq oxuculara Heydər Əliyevin həyat yolu,  dövlətçilik fəaliyyətinin əsas mərhələləri, Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və gənclər siyasəti haqqında məlumat verdi. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş ədəbiyyat nümunələrini təqdim edərək bu nəşrlərin Heydər Əliyev şəxsiyyətinin dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Diskussiya zamanı oxucular da öz fikirlərini bölüşdülər.