Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında noyabr ayı ərzində kafedraların elmi – tədqiqat işlərinin ilkin müzakirəsi həyata keçirildi. Sosial və xüsusi fənlər kafedrasında 12, Riyaziyyat və kompüter elmləri kafedrasında 8, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasında 9, Pedaqogika və psixologiya kafedrasında isə 4  müəllimin elmi-tədqiqat işi müzakirə olundu. Elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün uyğun metodların seçilməsi vacibdir. Tədqiqat metodları pedaqoji problemlərin həlli, fakt və hadisələrin düzgün araşdırılması, mövqelərin formalaşdırılması və yaranan ziddiyyətlərin aradan qaldırılmasını təmin edir. Yerinə yetirilməsi nəzərdə tutulan elmi tədqiqat işlərinin vəziyyəti qənaətbəxş hesab edilib.

Elmi fəaliyyət yalnız müəllimin şəxsi inkişafına deyil, həm də kafedramızın elmi potensialının yüksəldilməsinə, tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Tədqiqat zamanı qarşıya çıxan yeni faktların ətraflı araşdırılması məqsəddən yayınmağa səbəb ola bilər, çünki hər yeni hadisə əlavə faktlarla əlaqəlidir və zəncirvari reaksiyalar nəticəsində iş tamam başqa istiqamətə yönələ bilər. Buna görə də tədqiqatçı müəyyən olunmuş məqsədə sadiq qalmalıdır. Dinlənilən elmi tədqiqat işləri məqsədi tam əhatə etmiş və növbəti konfransa təqdim olunması məqsədəuyğun hesab olunur.Yerinə yetirilmiş tədqiqat işlərinin vəziyyəti qənaətbəxş hesab edilmişdir.