Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının  əməkdaşların – Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Məlik Məlikov və Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi, Əməkdar müəllim Kamal Balakişiyevin yubileyləri qeyd olundu. Tədbir filialın rəhbərliyi və müəllim heyətinin iştirakı ilə xoş ab-havada baş tutub.

Tədbiri giriş sözü ilə açan dosent Tünzalə Yusifova yubileyini qeyd edən müəllimlərin pedaqoji fəaliyyətləri, təhsilin inkişafına verdikləri dəyərli töhfələr və tələbələrin formalaşmasında oynadıqları mühüm rol haqqında danışıb. O, qeyd edib ki, öz peşəsinə dərin sevgi və məsuliyyətlə yanaşan bu müəllimlər  qazandıqları zəngin təcrübə, yüksək peşəkarlıq və fədakar əməyin sayəsində filialın akademik mühitinin inkişafında xüsusi yer tuturlar.

Yubiley münasibətilə əməkdaşlar  filial rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman ilə təltif olunublar. Bu mükafatlar onların uzunmüddətli səmərəli fəaliyyətinə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirilib.

Tədbirin sonunda kollektiv xatirə şəkilləri çəkdirib, müəllimlərə səmimi təbriklər çatdırılıb.