Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İdman Klubunun təşəbbüsü və təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş intellektual və dama yarışları keçirilmişdir. Yarış iştirakçıların böyük marağına səbəb olub və filialın müxtəlif ixtisaslarından olan tələbələrin iştirakı ilə baş tutub. Yarışın əsas məqsədi gənclər arasında elmi və məntiqi düşüncə tərzinin inkişafın, strateji təfəkkürün formalaşmasına və tələbələr arasında sağlam rəqabət mühitinin yaradılmasına töhfə vermək olub. Yarış zamanı tələbələr fərdi və komanda şəklində mübarizə apararaq biliklərini, məntiqi düşünmə qabiliyyətlərini və strateji […]
