ADPU-nun Şamaxı filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) fəaliyyət planına uyğun olaraq birinci tədris ili tələbələri ilə tanışlıq və maarifləndirici görüş keçirilmişdir. TEC-in sədri, “Keyfiyyətin təminatı” şöbəsinin müdiri, “Sosial və xüsusi fənlər” kafedrasının müəllimi Cəbrayılova Süsən tədbiri açaraq, görüşün əsas məqsədi barədə tələbələri məlumatdırmışdır. Məruzəçi çıxışında TEC-in əsas məqsədinin tələbələrdə elmi-tədqiqat fəaliyyətinə maraq oyatmaq, analitik bacarıqlarını inkişaf etdirmək, həmçinin tədqiqat mədəniyyəti və yaradıcılıq qabiliyyətlərini formalaşdırmaqdan ibarət olduğunu tələbələrin nəzərinə çatdırdı.

Tədbir zamanı tələbələrə TEC-in strukturu, üzvlük qaydaları və həyata keçirilən layihələr haqqında məlumat təqdim edilmiş, auditoriya tərəfindən ünvanlanan sualları cavablandırılmışdır. Səmimi və interaktiv mühitdə keçirilən görüş tələbələrin elmə, yaradıcılığa və Tələbə Elmi Cəmiyyətinə qoşulmağa marağını daha da artırmışdır.