ADPU-nun Şamaxı filialında Keyfiyyət təminatı şöbəsi tərəfindən birinci tədris ili tələbələri ilə görüş təşkil olunmuşdur. Görüşün əsas məqsədi tələbələrə keyfiyyət təminatı anlayışı, onun təhsildə rolu və əhəmiyyəti barədə məlumat vermək, həmçinin keyfiyyət mədəniyyətinin formalaşdırılması, tələbə məmnunluğunun artırılması və tədris prosesinin davamlı təkmilləşdirilməsi istiqamətində görülən işlər haqqında geniş məlumat verməkdən ibarət olmuşdur. Keyfiyyətin təminatı şöbəsinin müdiri Süsən Cəbrayılova keçirilmiş görüş zamanı tələbələri Keyfiyyət mədəniyyəti haqda məlumatlandırmışdır. Tələbələr görüşdə fəal iştirak etmiş, məruzəçi keyfiyyət mədəniyyəti haqqında ünvanlanmış sualları ətraflı cavablandırmışdır.
Görüşdə sorğularının təşkilinin əsas məqsədi haqda şöbənin mütəxəssisi Sürahi İbadova tələbələrə geniş məlumat verdi. Çıxışçı filialda keçirilən sorğuların məqsədi maraqlı tərəflərin təlim-tədris-elm və dəstək proseslərinin təşkili barəsində rəyini öyrənməklə effektiv plamlaşdırmanın təşkili, dəyişiklik və tendensiyaların öyənilməsi, risklərin təhlili və qabaqlayıcı tədbirlərin görülməsi, çatışmazlıqların aradan qaldırılması və ümumi olaraq keyfiyyətin təkmilləşdirilməsinə xidmət etməkdən ibarət olduğunu bildirdi. Tələbələrə sorğuların anonim və obyektiv şəkildə həyata keçirildiyi, nəticələrin təhlil edilərək tədrisin keyfiyyətinin artırılmasına xidmət etdiyi izah olunmuşdur. Görüş zamanı tələbələrin sorğularda fəal şəkildə iştirakının vacibliyi vurğulanmış, toplanan rəylərin ali təhsil müəssisəsinin inkişafında mühüm əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılmışdır.

