ADPU-nun Şamaxı filialında 22 oktyabr 2025-ci il tarixində Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə professor-müəllim  heyətinin beynəlxalq akademik mühitə inteqrasiyası, elmi-pedaqoji potensialının artırılması və müasir tədris metodologiyalarına yiyələnməsi məqsədilə professor-müəllim heyətinin beynəlxalq təlimlərdə və proqramlarda iştirakının təşviqinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə  filialın professor-müəllim heyətinin qlobal elmi bazalara çıxış imkanlarını genişləndirməsi, beynəlxalq təlim və konfranslarda iştirakının filialın keyfiyyət göstəricilərinə müsbət təsirinin əhəmiyyəti müzakirə olunmuşdur.