Müəllif: Dil, ədəbiyyat və onların tədrisi

texnologiyası kafedrasının müəllimi

Razimi Vəsilə

Azərbycanın Mərkəzi Asiya ölkələri ilə dostuq və əməkdaşlıq əlaqələri xalqımız arasında mövcüd olan səmimi münasibətlər, tarixi mədəni əlaqələr arasında inkişaf edir. Azərbycan bu gün Prezident İlham Əliyevin müdrük və üzaqgörən siyasəti sayəsində türk dövlətləri sırasınd nifuz və söz sahibinə, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib. Onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkəkərinə nümunə olacaq xariçi siyasət kursu həyata keçirilir.Ölkəmiz beynəlxalq aləmdə yuksək etimada və nüfuza malikdir. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir.

Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbayanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir.Bunun da nəticəsində region dövlətləri ilə ölkəmiz arasındakı əlaqələrdə böyük canlanma müşahidə olunur.

Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Tacikistanla da əlaqələr mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrin inkişafında səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Prezident İlham Əliyevin son illərdə Mərkizi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.

Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Bu çıxış həm siyasi, həm diplomatik, həm də humanitar aspektlərdən çoxqatlı məna daşıyır.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Taçikistan arasında münasibətlərin hazırki yüksək səviyyəsi xalqımıızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.Ölkələrimiz üçün illərdir ki, həm beynəlxalq platformalarda, beynəlxalq təşklatlar çərçivəsində, həm də ikitərəfli formatda bir çox istiqamətlər üzrə əməkdaşlıq edirlər. Eyni zamanda bu əməkdaşlığın, o cümlədən ticari, iqtisadi,sənaye kooperadiyası, nəqliyyat sahələrində daha da dərinləşməsi üçün çox yaxşı perespektivlər mövcüddur.

Cənab Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci il üçün MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı idi. Dövlət başçısının bu qərara görə həmkarlarına təşəkkür etdi və Laçında görülən bərpa işlərini xüsusi qeyd etdi. Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin beynəlxalq miqyasda nümunə kimi qəbul olunduğunu vurğuladı.Bu sözlər Azərbaycanın Zəfərdən sonra dirçəliş modelinin mahiyyətini çox aydın ifadə edir. Laçın, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl və digər azad olunmuş bölgələrdə həyata keçirilən nəhəng bərpa layihələri təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də mədəni diplomatiya yönündən böyük önəm daşıyır. MDB-nin Laçını mədəniyyət paytaxtı elan etməsi Azərbaycanın beynəlxalq imicinə, onun mədəni irsinin təbliğinə və multikultural dəyərlərinin dünyada tanıdılmasına mühüm töhfə verir.

Ölkə başçısı qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətləri yüksək qiymətləndirdi. Düşənbədə dəfələrlə olarkən ölkənin paytaxtının necə sürətlə inkişaf etdiyini, yeni binaların tikildiyini, bütün bunlara dost kimi çox sevindiyini, şəhərsalma sahəsində uğurlarını və Düşənbənin ildən-ilə gözəlləşdiyinini vurğuladı.

Ölkə başçısı Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin, Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirirdi. Həmin iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də  toxundu. Bu ilin iyun ayında Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasiminin keçiriməsi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verdi. Tədbirin qonaqlarının Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi olduğunu, tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrildiyini qeyd etdi.

Ölkə rəhbəri İlham Əliyev, həmçinin  birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində – XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunlarının olduğunu, Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində – Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançının qəbul edildiyini, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğunu və əməkdaşlığını möhkəmləndirəcəyini, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edəcəyini diqqətə çatdırdı.

Azərbaycan  Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkəmizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Əldə edilən razılaşmalar qardaş xalqların dərin maraqlarına cavab verir və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevrilib.

Prezidentin səsləndirdiyi hər bir fikir Azərbaycanın MDB məkanında qarşılıqlı hörmət, əməkdaşlıq və sülh dəyərlərinə sadiqliyinin bariz ifadəsidir.

İclasda Prezident İlham Əliyev qardaş Tacikistan xalqına və onun rəhbərinə ünvanladığı təbrik sözləri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası milli maraqlarla yanaşı, dostluq və tərəfdaşlıq prinsipinə əsaslanır.

Bu səmimi münasibət təkcə siyasi  çərçivədə deyil, həm də Azərbaycan xarici siyasətinin əsas fəlsəfəsini – qarşılıqlı etimad, hörmət və bərabərlik prinsiplərini əks etdirir.

Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib.

Azərbaycan və Tacikistan prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib. Bu əməkdaşlıq təkcə iki ölkə arasında deyil, həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir.

Prezident İlham Əliyevin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqlədi: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”

Bu yanaşma MDB-nin mahiyyətinə uyğun olaraq, təşkilat daxilində dövlətlərarası münasibətlərin bərabərhüquqlu və səmərəli inkişafı üçün mühüm nümunədir.