Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Keyfiyyətin təminatı şöbəsi və Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə filialın professor-müəllim heyətinin müasir təlim texnologiyalarına yiyələnmək bacarıqlarının artırılması məqsədilə 10 oktyabr 2025-ci ildə “Layihə əsaslı öyrənmə – Müasir Tədrisə Effektiv Yanaşma” mövzusu üzrə təlim keçirilmişdir. Təlim ADPU-nun Şamaxı filialının “Pedaqogika və psixologiya” kafedrasının müəllimi, ADPU-nun “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə doktorantı, təlimçi Əliyev Amid Məhəmməd oğlu tərəfindən keçirilmişdir.
Təlimin məqsədi müəllimlərdə yaradıcı, tədqiqat yönümlü və əməkdaşlığa əsaslanan tədris mühitinin formalaşdırılması, müəllimlərə və təhsil mütəxəssislərinə layihə əsaslı öyrənmənin mahiyyətini, mərhələlərini və tətbiq üsullarını öyrətməyi qarşıya məqsəd qoymuşdur. Təlimin aşağıdakı bölmələr üzrə həyata keçirilmiş və iştirakçılara geniş məlumat verilmişdir.
- Layihə əsaslı öyrənmənin əsasları;
- Layihə metodları və mərhələləri;
- Çətinliklər və həll yolları;
- Tədrisdə texnologiyanın rolu;
- Gələcək perspektivlər.
Təlimdə iştirakçılar aşağıdakı sahələr üzrə praktik bacarıqlar nümayiş etdirdilər.
- Layihə əsaslı öyrənmənin əsas prinsipləri və mərhələləri;
- Praktik nümunələr və qrup işləri;
- Müasir tədrisdə texnologiyanın layihə əsaslı öyrənməyə inteqrasiyası;
- Layihə planlaşdırma və qiymətləndirmə bacarıqları.
Təlimin sonunda professor-müəllim heyəti “ Gələcəyin Universiteti” mövzusunda praktiki tapşırıq üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdirmiş, layihə hazırlamış və təqdimatla çıxış etmişlər. Təlimin sonunda iştirakçıların layihələri müzakirə olunaraq hərtərəfli təhlil edilmiş, onların innovativ yanaşmaları və əməkdaşlıq bacarıqları yüksək qiymətləndirilmişdir. Bu cür təlimlər müəllimlərin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, müasir tədris mühitində layihə əsaslı öyrənmənin effektiv tətbiqinə şərait yaradır













