8 oktyabr tarixində ADPU- nun Şamaxı filialında Təhsil Tələbə Kredit Fondu tərəfindən tələbələr üçün maarifləndirmə görüşü təşkil olunub. Görüşdə filialın direktoru, dosent Tünzalə Yusifova, Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Abdullayeva Fatimə və filialın aşağı kurs tələbələri iştirak edib.
Tünzalə Yusifova iştirakçıları salamlayaraq bildirib ki, bu tədbirin əsas məqsədi Təhsil Tələbə Kredit Fondunun tələbələrə təqdim etdiyi geniş imkanlar barədə ətraflı məlumat vermək, həmçinin təhsilinizə davamlı dəstək olmaqdır. Bildirilib ki, təhsil yolunda maddi çətinliklər bəzən ciddi maneələr yarada bilər və bu səbəbdən hər bir tələbənin layiqli və keyfiyyətli təhsil alması üçün əlavə dəstək mexanizmləri olduqca vacibdir. Biz inanırıq ki, təhsil hər bir gəncin əsas haqqıdır və məhz bu inamla Təhsil Tələbə Kredit Fondu kimi qurumlar tələbələrə maliyyə dəstəyi göstərməklə onların təhsil həyatını asanlaşdırmaq üçün əlindən gələni edir.
Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Fatimə Abdullayeva tələbələrə kredit müraciətinin qaydaları, güzəştlər, qeydiyyat prosesi, müraciət üçün tələb olunan sənədlər və faiz dərəcələri kimi mühüm mövzular, kreditlərin qaytarılması ilə bağlı ətraflı məlumat təqdim edib.
Görüş disskusiya şəraitində davam edib.


