ADPU-nun Şamaxı filialının Karyera Mərkəzinin təşkilatçılığı ilə İbtidai sinif müəllimliyi ixtisasının məzunları ilə onlayn görüş keçirilib. Tədbirin məqsədi məzunları bir araya gətirərək onların peşəkar təcrübələrini bölüşmək, tələbələrlə ünsiyyət qurmaq və karyera planları barədə fikir mübadiləsi aparmaq idi.

Görüşdə Məzunlar Assosiasiyasının fəaliyyəti, yeni təhsil proqramlarının hazırlanmasında məzunların rolu və ali təhsilin məzmununda dəyişiklik ehtiyacları müzakirə olunub. Məzunlar müəllimlik peşəsində qazandıqları təcrübə və dəyərləri, filialda aldıqları təhsilin onlara verdiyi imkanları paylaşdılar.

Tələbələrə iş mühitinə uyğunlaşmaq üçün faydalı məsləhətlər verildi, interaktiv sual-cavab sessiyası keçirildi. Tədbirdə müəllimlik peşəsinin inkişaf perspektivləri və müasir çağırışlar barədə fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, bu kimi görüşlər gələcəkdə də davam etdirilərək məzunlarla filial arasında əlaqələr daha da möhkəmləndiriləcək.