Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının rəhbərliyi tərəfindən 19-20 iyun 2023-cü il tarixində keçirilmiş lokal antiterror əməliyyatlarının ikinci ildönümü ilə əlaqədar Şamaxı şəhidi Rüstəm Dünyamalıyevin ailəsi ziyarət olunub.
Görüş zamanı filialın direktoru, dosent Tünzalə Yusifova bildirib ki, şəhid ailələri ilə görüşlər həm canını Vətən uğrunda fəda edən oğullara hörmət və ehtiram ifadəsidir, həm də dövlətimizin şəhidlərə və onların ailələrinə olan diqqət və qayğısının göstəricisidir. Görüş həm qürur, həm də duyğulu anlarla yadda qalıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Dünyamalıyev Rüstəm Nəriman oğlu 20 sentyabr 2023-cü il tarixində keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik.


