2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar olaraq filialın bütün kafedralarında ilk iclaslar keçirilmiş və qarşıda duran vəzifələrin icrasına başlanılmışdır. İclaslarda tədris prosesinin təşkili, tədris-ilinin fəaliyyətin planlaşdırılması və yeni tədris ilinə hazırlıq məqsədilə aşağıdakı işlər yerinə yetirilmişdir:
- 2025-2026-cı tədris ili üzrə illik Fəaliyyət Planı müzakirə olunaraq təsdiq edilmişdir.
- Kafedraların tədris, elmi və metodik fəaliyyət istiqamətləri üzrə prioritetləri müəyyənləşdirilmiş, fəaliyyətin əsas istiqamətləri təsbit olunmuşdur.
- Müəllimlərin tədris yükləri və fənlər üzrə sənədləri hazırlanmış və təsdiq edilmişdir:
- Təqvim-tematik planlar (sillabuslar)
- Fərdi iş planları
- İllik işçi tədris planları
Bütün bu sənədlər müəllimlər tərəfindən təqdim olunmuş, kafedralar tərəfindən müzakirə edilərək təsdiq olunmuşdur.
- Kafedra günləri və iclas qrafiki müəyyənləşdirilmişdir:
- Ay ərzində keçiriləcək mütəmadi iclasların və tədbirlərin tarixləri planlaşdırılmış,
- Müəllimlərin məsləhət saatları və kafedrada növbətçilik cədvəlləri hazırlanaraq təsdiq edilmişdir.
- Filialın Strateji Fəaliyyət Planından irəli gələn vəzifələr müzakirə olunmuşdur.
- Kafedralar filialın ümumi inkişaf strategiyasına uyğun olaraq fəaliyyət istiqamətlərini dəqiqləşdirmiş və uyğun tədbirləri planlaşdırmışdır.
- İxtisaslar üzrə proqram akkreditasiyasına hazırlıq vəziyyəti qiymətləndirilmişdir:
- “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə akkreditasiya sənədləri, tədris materialları, metodik və elmi təminat nəzərdən keçirilmiş, zəruri düzəlişlər üçün tapşırıqlar verilmişdir.
- Sərbəst iş mövzuları müzakirə olunaraq təsdiq edilmişdir:
- Tədris olunan fənlər üzrə tələbələr üçün sərbəst iş mövzuları hazırlanmış və kafedralar tərəfindən təsdiq olunmuşdur.
- Mühazirə mətnlərinin yeni proqram və dərsliklər əsasında yenilənməsi ilə bağlı işlər görülmüşdür:
- Müəllimlərə yeni tədris proqramlarına uyğun olaraq mühazirə mətnlərini yeniləmək və elektron formada təqdim etmək tapşırılmış, bəzi fənlər üzrə materiallar artıq təqdim olunmuşdur.
Kafedralarda 2025–2026-cı tədris ilinə hazırlıq məqsədilə bütün əsas təşkilati və metodik məsələlər yerinə yetirilmiş, tədris prosesinin sistemli təşkili üçün zəruri tədbirlər görülmüşdür. Kafedra iclaslarının ayda bir dəfə, zərurət yarandıqda isə əlavə iclasların keçirilməsi nəzərdə tutulur. Müəllimlərin fəaliyyətə məsuliyyətlə yanaşması və sənədlərin vaxtında hazırlanması təmin edilmişdir.







