Bu gün – 18 sentyabr tarixində, Azərbaycan Dövlət Himninin bəstəkarı, Şərqdə ilk operanın müəllifi, milli peşəkar musiqi sənətimizin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkə üzrə geniş şəkildə qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu tarix Milli Musiqi Günü kimi təsis edilmişdir və hər il böyük ruh yüksəkliyi ilə qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2025-ci il tarixli sərəncamı ilə bu il dahi sənətkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi ölkə miqyasında yüksək səviyyədə həyata keçirilir.
Bu əlamətdar gün münasibətilə ADPU-nun Şamaxı filialı olaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafına, zənginləşməsinə, beynəlxalq aləmdə tanıdılmasına və qorunmasına töhfə verən bütün sənət adamlarını, musiqi xadimlərini və bu sahədə çalışan hər kəsi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
🎼 Milli musiqimiz – kimliyimizdir!
