13 sentyabr 2025-ci il tarixində Könüllü Müəllim Fəaliyyət Qrupu (VTAG) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında müəllimlər üçün silsilə workshoplar təşkil edib. Təlimdə filialın rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.Tədbir filialın direktoru, dosent Tünzalə Yusifovanın açılış nitqi ilə başlayıb.     Direktor qonaqları salamlayaraq belə tədbirlərin müəllimlərin peşəkar inkişafına böyük töhfə verdiyini vurğulayıb.

VTAG haqqında qısa məlumat verilib. Qrup ilkin olaraq 2019-cu il mayın 18-də British Council və Azerbaijan English for the Community layihəsinin əməkdaşlığı çərçivəsində Teacher Activity Group (TAG) adı ilə təsis olunub. 2023-cü ildən fəaliyyətini müstəqil olaraq Könüllü Müəllim Fəaliyyət Qrupu (VTAG) adı ilə davam etdirir. Qrupun əsas məqsədlərindən biri müxtəlif təhsil müəssisələrinə səfərlər edərək müəllimlərə dəstək göstərmək, təcrübə mübadiləsi aparmaqdır.

Təlimdə VTAG könüllüləri tərəfindən maraqlı və öyrədici mövzularda workshoplar təqdim olunub:

  • Sübhi İlyasov – VTAG təsisçisi, Elm və Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə ekspert.

Mövzu: Qiymətləndirmə vasitələrinin dizaynı.

  • Pərvin Hacıyeva – İqtisad üzrə fəlsəfə doktoru namizədi, Azərbaycan Texniki Universitetinin baş müəllimi.
    Mövzu: Müasir Universitet Müəllimi: Tədrisdə İnnovasiya və Rəqəmsal Transformasiya.
  • Arifə Rəsulova – İngilis dilinin tədrisi üzrə Humanitar Elmlər magistri (Böyük Britaniya), VTAG müşaviri.

Mövzu: Seminarların, təqdimatların və müzakirələrin təşkili və idarə olunması.

  • Bənövşə Məmmədova – Filologiya elmləri doktoru, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı.

Mövzu: Ali təhsildə tətbiq olunan müasir təlim metodları.

Workshoplar interaktiv şəkildə təşkil olunub, iştirakçılar qrup və fərdi praktiki tapşırıqlarda fəal iştirak ediblər. Müzakirələr zamanı müəllimlər həm nəzəri, həm də tətbiqi biliklərini bölüşmək imkanı qazanıblar.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub. Həmçinin dosent Tünzalə xanım Yusifovaya “Təşəkkürnamə” ilə təqdim olunub.

#VTAG

#VolunteerTeacherActivityGroup