Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında İşə Qəbul üzrə Komissiyanın növbəti iclası və yeni əməkdaşlarla tanışlıq görüşü keçirilib. Tədbirdə filialın rəhbərliyi və komissiya üzvləri iştirak ediblər.

Görüş zamanı filial direktoru çıxış edərək ADPU-nun missiyası, tədris prosesi, akademik-etika qaydaları və əmək intizamı barədə ətraflı məlumat verib. O, qeyd edib ki, keyfiyyətli təhsilin təmin olunması, tələbə yönümlü yanaşmanın tətbiqi və pedaqoji peşəkarlığın artırılması əsas prioritetlərdəndir.

Komissiya üzvləri tərəfindən yeni əməkdaşlara əmək müqaviləsinin şərtləri, daxili nizam-intizam qaydaları, pedaqoji fəaliyyətin qiymətləndirilməsi meyarları haqqında ətraflı məlumat verilib. Görüş iştirakçılarının sualları cavablandırılıb və faydalı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, bu görüş müsahibə mərhələsinin bir hissəsi kimi də təşkil olunaraq qarşılıqlı tanışlıq və əməkdaşların ilkin qiymətləndirilməsi məqsədi daşıyıb.

Görüş səmərəli və qarşılıqlı anlaşma şəraitində keçib, yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzulanıb.