Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının bir qrup tələbəsi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin nəzdindəki N saylı hərbi hissəyə ekskursiyada iştirak ediblər.
Gənclərimizə ordumuzun gündəlik fəaliyyəti, hərbi nizam-intizam, texniki vasitələr və Vətənə xidmət anlayışı haqqında geniş və əhatəli məlumat verilib. Hərbi hissənin zabit heyəti tərəfindən gələcəyin əsgərlərinə real həyat dərsi kimi təqdim edilən bu görüş gənclərdə vətənpərvərlik ruhunu gücləndirib, onları hərbi xidmətə ruhlandırıb.
Ekskursiya çərçivəsində tələbələr hərbi texnika ilə tanış olub, hərbi xidmətin şərəfli və məsuliyyətli bir vəzifə olduğunu bir daha dərindən dərk ediblər.
Bu mənalı və yaddaqalan təşəbbüsün həyata keçirilməsində əməyi olan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə, hərbi hissənin zabit heyətinə və təşkilatçılara dərin təşəkkürümüzü bildiririk.
Bu günün tələbəsi – sabahın əsgəri, vətənin keşiyində dayanan qəhrəmandır!