May ayı ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında fəaliyyət göstərən kafedralar üzrə nümunəvi dərslər keçirildi. Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və pedaqoji təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunan bu dərslər tədrisin metodik təminatına və müəllim-tələbə münasibətlərinin təkmilləşdirilməsinə xidmət etdi.

Hər bir kafedra üzrə keçirilən nümunəvi dərslərdə müxtəlif fənlər üzrə innovativ təlim metodlarından istifadə olundu, müasir pedaqoji texnologiyalara əsaslanan yanaşmalar nümayiş etdirildi. Dərslər zamanı tələbələrin fəallığı, müzakirələrdə iştirakı və yaradıcı yanaşmaları diqqət çəkdi.

Nümunəvi dərslər həm də elmi-metodiki müzakirələr üçün zəmin yaratdı. Dərslərin sonunda müəllim heyəti arasında fikir mübadiləsi aparıldı, tədris prosesinin təkmilləşdirilməsi istiqamətində tövsiyələr irəli sürüldü.

ADPU-nun Şamaxı filialında bundan sonra da nümunəvi dərslərin ənənəvi xarakter daşıyaraq davam etdirilməsi planlaşdırılır. Bu təşəbbüs təhsilin keyfiyyətinin artırılması və elmi-pedaqoji fəaliyyətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.