Təhsil tələbə kredit fondu tərəfindən Şamaxı filialında maarifləndirmə görüşü keçirildi

ADPU-nun Şamaxı filialında Təhsil Tələbə Kredit Fondunun əməkdaşı Abdullayev Mirşahin tərəfindən 6 mayda tələbələrlə maarifləndirmə görüşü keçirilib. Görüş zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qediyyat prosesi barədə məlumat verilib və tələbələrin sualları cavablandırılıb.

ADPU-nun Şamaxı filialında“Dünyanı dəyişdirən beyinlər: Fiziklərin hekayəsi” adlı tədbir keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Riyaziyyat və kompüter elmləri kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində  “Dünyanı dəyişdirən beyinlər: Fiziklərin hekayəsi”adlı tədbir keçirilmişdir. Tədbirdə  filialın rəhbərliyi, professor – müəllim heyəti və tələbələr iştirak etmişlər. Filialın direktoru, dosent Tünzalə Yusifova çıxış edərək tədbiri açıq elan […]

ADPU-nun Şamaxı filialında Azad Mirzəcanzadə inkişaf proqramının təqdimatı keçirildi

Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində növbəti təqdimat  Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialında  baş tutdu. Tələbələrlə keçirilən görüşdə onlara  proqram barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, bu proqram 18–35 yaş arası bütün Azərbaycan vətəndaşları üçün açıqdır və müxtəlif sahələr üzrə layihələr qəbul olunur. Layihənin […]