Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi, eyni zamanda Tələbə Elmi Cəmiyyətinin sədr müavini Musayeva Aysel böyük bir uğura imza atıb. O, Birləşmiş Krallıq (UK) vizası üçün tələb olunan dil tələblərini yüksək səviyyədə yerinə yetirərək, İELTS (Beynəlxalq İngilis Dili Sınağı Sistemi) imtahanından maksimum nəticə – 100/100 bal toplayaraq sertifikat əldə edib. Bu nailiyyət Ayselin xarici ölkədə təhsil almaq və elmi fəaliyyətini beynəlxalq miqyasda davam etdirmək istiqamətində atdığı mühüm addımlardan biridir. Onun bu uğuru həm şəxsi zəhmətinin, həm də filialda yaradılan tədris mühitinin və elmi fəaliyyətin yüksək səviyyədə təşkilinin bariz göstəricisidir.
Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
