Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 may 2025-ci il tarixində “Tələbələrin akademik nailiyyətlərinin meyarlara əsasən tədris prosesində qiymətləndirilməsi ” mövzusunda maarifləndirici təlim təşkil olunub.Tədris şöbəsinin müdiri Ruqiyyə Babaşova tərəfindən keçirilən təlimin məqsədi ali təhsil müəssisəsində tədris prosesinin şəffaflığını artırmaq, müəllim və tələbələr arasında qiymətləndirmə meyarları ilə bağlı məlumatlılığı yüksəltmək və müasir təhsil standartlarına uyğun yanaşmaları təşviq etmək olub.Təlimdə filialın müəllim heyəti iştirak ediblər. Tədbirdə akademik qiymətləndirmənin məqsədləri şifahi və yazılı imtahanların qiymətləndirilməsi prinsipləri, eləcə də kredit sistemi çərçivəsində qiymətləndirmə meyarlarının tətbiqi geniş müzakirə olunub.Təlimin sonunda iştirakçılar tərəfindən suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.