21 may tarixində ADPU-nun Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” adlı Tələbə Elmi Cəmiyyətinin (TEC) 19-cu elmi konfransı keçirildi.
Filialın Heydər Əliyev lektoriyasında konfransın plenar iclası keçirildi. İlk olaraq xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Tələbə Elmi Cəmiyyətinin sədri Süsən Cəbrayılova hesabat xarakterli çıxış etdi. Daha sonra tələbələrin çıxışları dinlənildi.Plenar iclasın ardınca konfrans işini 4 bölmədə davam etdirdi:
1.Sosial və xüsusi fənlər – Sədr: Sosial və xüsusi fənlər kafedrasının müdiri ,b.ü.f.d. Təranə Əkbəri; həmsədr: kafedranın dosenti Zərifə Cavadova.
2.Pedaqogika və psixologiya elmləri- Sədr: Pedaqogika və psixologiya kafedrasının müdiri pedaq.ü.f.d. Malik Məlikov, həmsədr: kafedranın müəllimi Teybə Əfəndiyeva
3.Riyaziyyat və kompüter elmləri- Sədr: Riyaziyyat və komputer elmləri kafedrasının müdiri pedaq.ü.f.d. Firidə Mustafayeva, həmsədr: kafedranın baş müəllimi Kamal Balakişiyev.
4.Dilçilik və ədəbiyyatşünaslığın aktual problemləri – Sədr: Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri, filol.ü.f.d. Eyvaz Eminalıyev, həmsədr: kafedranın müəllimi Sevinc Baxşiyeva.










