Sosial və xüsusi fənlər kafedrasında tələbə elmi tədqiqat işlərinin ilkin müzakirəsi keçirilmişdir

28 apreldə Sosial və  xüsusi fənlər kafedrasında TEC-in ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə kafedranın müəllimləri iştirak etmişlər. Tədris ili ərzində TEC xətti ilə kafedranın  12 müəllimi 48 tələbə ilə tədqiqat işləri üzərində işləmişlər. Bu tələbələrdən 30 nəfəri yekun konfransda iştirak etməyə haqq qazanmışlar.

ADPU-nun Şamaxı filialında Elmi Şuranın növbəti iclası keçirildi

29 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının Elmi Şurasının iş planına müvafiq olaraq növbəti iclası keçirilmişdir. Elmi katib baş müəllim Ruqiyyə Babaşova çıxış edərək iştirakçıların yetərsaylığını qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi. İclasda 2024-cü il üzrə müəllimlərin Reytinq qiymətləndirilməsi, filialın professor-müəllim heyətinin elmi […]

Pedaqogika və psixologiya kafedrasında tələbə elmi tədqiqat işlərinin ilkin müzakirəsi keçirilmişdir

25 apreldə Pedaqogika və psixologiya kafedrasında TEC-in ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə kafedranın müəllimləri iştirak etmişlər. Tədris ili ərzində TEC xətti ilə kafedranın  12 müəllimi 28 tələbə ilə tədqiqat işləri üzərində işləmişlər. Bu tələbələrdən 6 nəfəri yekun konfransda iştirak etməyə haqq qazanmışlar.