Aprelin 22-də “Filialda idarəetmə strukturunun optimallaşdırılması və insan resurslarının idarə olunmasında obyektivliyin və şəffaflığın təmin edilməsi komissiyası”nın iclası keçirildi.
İclasda Tədris şöbəsinin operatoru Quliyeva Ləman Şahbaba qızının qismən ödənişli sosial məzuniyyətdə olması səbəbilə onun vəzifəsinin müvəqqəti əvəzlənməsi məsələsi müzakirə edildi. Müzakirənin əsas məqsədi həmin vəzifəyə namizəd olan, “Məktəbəqədər təhsil” ixtisası üzrə 2024-cü il məzunu Bağırova Jalə Cavanşir qızının təqdim etdiyi sənədlərə (CV, ərizə və diplom) baxılması və qiymətləndirilməsi oldu.
Komissiya tərəfindən namizədlə müsahibə aparıldı, onun kompüter bilik və bacarıqları yoxlanıldı və əmək müqaviləsinin şərtləri izah olundu. Yekunda komissiya qərara aldı ki, Jalə Bağırova 19 noyabr 2025-ci il tarixinədək müddətli əmək müqaviləsi ilə Tədris şöbəsinə Operator vəzifəsinə işə qəbul olunsun.
Bu qərar, filialda idarəetmə proseslərinin fasiləsizliyini təmin etməyə və insan resurslarının idarə edilməsində şəffaf yanaşmanı davam etdirməyə yönəlib.



