14 aprel 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası tələbələri üçün xüsusi təşkil olunmuş növbəti təlim sessiyamız baş tutdu. Bu dəfəki təlim, Pedaqogika və psixologiya kafedrasının müəllimi Abdullayeva Səməngül Tacəddin qızı tərəfindən aparılmışdır.
Təlim zamanı tələbələrə Pedaqogika fənni üzrə MİQ imtahan proqramı haqqında ətraflı məlumat verildi, proqramın strukturu və qiymətləndirmə meyarları izah olundu. Daha sonra isə praktiki mərhələyə keçid edildi: tələbələr verilən tapşırıqlar üzərində işləyərək nəzəri biliklərini tətbiq etmək imkanı qazandılar.
Daha sonra təlim idrak taksonomiyası mövzusunda müzakirələrlə davam etdirildi. Səməngül müəllimə B. Blumun idrak taksonomiyası haqqında ətraflı məlumat verərək, onun təhsil prosesində necə tətbiq olunduğunu izah etdi. Bildirildi ki, bu taksonomiya təlimin məqsədlərini sistemləşdirməyə, tələbələrin düşünmə bacarıqlarını inkişaf etdirməyə xidmət edir.
Təlimin sonunda tələbəri maraqlandıran məqamlarla bağlı suallar cavablandırıldı. Bu interaktiv yanaşma, iştirakçıların həm biliklərini möhkəmləndirməsinə, həm də real imtahan mühitinə daha yaxşı hazırlaşmasına şərait yaratdı.



