10 aprel tarixində İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün xüsusi təşkil olunmuş növbəti təlim sessiyamız baş tutdu. Bu dəfəki təlim, Riyaziyyat və kompüter elmləri kafedrasının dəyərli müəllimi Nərmanov Rasim Əlisa oğlu tərəfindən aparıldı.
Təlim zamanı tələbələrə Riyaziyyat fənni üzrə MİQ imtahan proqramı haqqında ətraflı məlumat verildi, proqramın strukturu və qiymətləndirmə meyarları izah olundu. Daha sonra isə praktiki mərhələyə keçid edildi: tələbələr nümunəvi sınaq testləri üzərində işləyərək nəzəri biliklərini tətbiq etmək imkanı qazandılar.
Təlim boyunca iştirakçılar aktiv şəkildə suallar verərək, onları maraqlandıran məqamlarla bağlı ətraflı cavablar aldılar. Bu interaktiv yanaşma, iştirakçıların həm biliklərini möhkəmləndirməsinə, həm də real imtahan mühitinə daha yaxşı hazırlaşmasına şərait yaratdı.
MİQ imtahanına doğru inamlı addımlarla irəliləyən bütün tələbələrimizə uğurlar arzulayırıq!



