10 aprel 2025-ci il tarixində İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan tələbələr üçün maarifləndirici təlim təşkil olunub. Təlim Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, təcrübəli pedaqoq Seyidova Şəlalə İltizam qızı tərəfindən aparılıb.

Təlimin əsas məqsədi tələbələri Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanına hazırlamaq, onlara bu prosesdə yol göstərəcək praktiki və nəzəri bilikləri təqdim etmək olub. Təlim zamanı Pedaqogika fənni üzrə MİQ imtahanının proqram çərçivəsi, sual formatları və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verilib.

Bununla yanaşı, ötən illərə aid MİQ imtahanlarının sınaq testləri nəzərdən keçirilib və real tapşırıqların nümunələri üzərində birgə müzakirələr aparılıb. Tələbələr verilən tapşırıqları yerinə yetirməklə həm biliklərini sınayıb, həm də imtahan texnikasına dair praktik bacarıqlar qazanıblar.

Təlimin sonunda isə tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara əlavə tövsiyələr və metodiki göstərişlər verilib. Tələbələr təlimdən məmnun qaldıqlarını ifadə edib və bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.