ADPU-nun Şamaxı filialında “Məzunların məşğulluğu və karyera imkanları haqqında aparılan sorğu”ya əsasən aprel ayı ərzində Tədris şöbəsinin nəzdində fəaliyyət göstərən Karyera mərkəzi tərəfindən bütün ixtisaslar üzrə buraxılış ili tələbələrinə karyera planlaması məqsədilə “MİQ imtahanlarına hazırlığın pedaqoji və psixoloji əsasları” mövzusunda silsilə təlimlərin keçirilməsinə start verilmişdir.
İlk təlim 9 aprel tarixində İbtidai sinif müəllimliyi ixtisası tələbələri üçün Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Baxşıyeva Sevinc Soltanmecid qızı tərəfindən aparılmışdır. Təlimdə tələbələrə Azərbaycan dili fənni üzrə MİQ imtahanının proqram çərçivəsi haqqında məlumat verilmişdir. Təlim zamanı MİQ imtahanlarının ötən illər üzrə sınaq testləri nəzərdən keçirilmiş və tapşırıqlar işlənmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.


