Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 2024-2025-ci tədris ilinin tələbə qəbuluna hazırlıq, tələbə kontingentinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə Qobustan şəhər 2 nömrəli tam orta məktəbdə Şamaxı filialının tanıtım görüşləri keçirilmişdir. Görüşdə filial ilə bağlı geniş məlumat verilmiş, videoçarx nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.






