Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Riyaziyyat və kompüter elmləri kafedrasının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 14 mart- Beynəlxalq “Pi” günü ilə əlaqədar “Riyaziyyat kainatın dilidir” adlı elmi seminar keçirilib. Seminarda filialın rəhbərliyi, professor – müəllim heyəti və tələbələr iştirak etmişlər.
Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək tədbiri açıq elan etdi və əlamətdar gün münasibətilə bütün riyaziyyatçıları təbrik etdi.
Ardınca Riyaziyyat və kompüter elmləri kafedrasının müdiri, p.ü.f.d Firidə Mustafayeva beynəlxalq riyaziyyat gününün tarixindən danışdı.
Sonra Riyaziyyat və kompüter elməri kafedrasının baş müəllimi Çingiz Dadaşov – “Riyaziyyat kainatın dilidir” mövzusunda məruzə ilə çıxış etdi. O qeyd etdi ki, “Pi” günü 1987-ci ildə San-Fransiskodakı Eksploratorium Elm Muzeyində çalışan amerikalı fizik Larri Şou (1939-2017) tərəfindən təklif edilmişdir. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə qurumu olan UNESCO 3 sentyabr 2019-cu ildə Paris şəhərində, hər ilin 14 mart tarixinin Beynəlxalq Riyaziyyat Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Başqa sözlə, UNESCO hər ilin 14 mart tarixini dünya riyaziyyatçılarının bayram günü elan etmişdir. Daha sonra Fizika müəllimliyi ixtisasının II tədris ili tələbəsi Şıxverdiyeva Şəfiqə – “ ədədinin bəzi sirləri” və Riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbəsi Rəhimli Nəzrin “e ədədi – Eylet sabiti” mövzularında çıxışlar etdilər. İbtidai sinif müəllimliyi ixtisasının II tədris ili tələbəsi Mirəliyeva Lamiyə – Pi haqqında şeir səsləndirdi.
Tədbirdə tələbələr arasında intelektual yarış keçirilib və qaliblərə sertifikatlar təqdim olunub.










