Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı Filialının və Dağlıq Şirvan Regional Gənclər İdman İdarəsi birgə təşkilatçılığı ilə Azərbaycan Gənclər Fondunun Təlimçi Məlumat Bankının Peşəkar Təlimçisi Həmdamin Balakişiyev tərəfindən tələbələrə “Sənin İdeyan Sənin Biznesin” adlı təlim keçirildi.
StartUp layihəsi istiqamətində silsilə təlimlər keçirlir,
Bu təlimdə ideanın formalaşması, idea düşüncəsinin yaranması və ideyadan biznesə necə başlamağın mərhələləri gənclərə öyrədildi,
Təlim diskussiya şəklində davam etdirildi, tələbələrin sualları cavablandırıldı və aktiv gənclər sertifikat ilə təltif olundular.














