ADPU-nun Şamaxı filialının “Karyera mərkəzi”nin təşkilatçılığı ilə “Pedaqogika və psixologiya” kafedrasının müəllimi Səməngül Abdullayevanın təqdimatında  buraxılış ili tələbələrinə “Məzmun xətti, əsas və alt standart, məzmun standartı”  mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılara məzmun xətti, əsas standart, alt standart, qarşıya çıxan suallara cavab, praktik nümunələrin verilməsi  və s. haqqında ətraflı məlumat verildi. Sonda təlim iştirakçılarına mövzu ilə əlaqədar tapşırıqların hazırlanması üçün qrup işi həyata keçirildi.