Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının təşkilatçılığı ilə 10 Mart Mili Teatr günündə Şamaxı rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrı C. Cabbarlının “Solğun çiçəklər” adlı əsəri əsasında eyniadlı tamaşanı nümayiş edib. Tamaşa nümayişində filialın rəhbərliyi, professor-müəllim heyyəti və bütün ixtasaslardan olan 200 nəfərdən artıq tələbə heyyəti iştirak ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.
Rollarda Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev çıxış ediblər. Aktyorların ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.