ADPU-nun Şamaxı filialının buraxılış ili tələbələrinin pedaqoji təcrübəsi uğurla davam edir. Tələbələrimiz həm istehsal təcrübəsində, həm də tədris təcrübəsində aktiv şəkildə fəaliyyət göstərirlər və gələcəyin müəllimləri olan tələbələr ixtisaslı kadr kimi yetişmələri üçün müxtəlif fəaliyyətlərdən keçirlər. Bu fəaliyyətin bir istiqaməti də onların pedaqoji təcrübə zamanı ümumtəhsil məktəblərində keçirdikləri tədbirlərdir. Belə tədbirlərə nümunə olaraq filialın Təhsildə sosial-psixoloji xidmət ixtisasının sonuncu tədris ili tələbələri Məmmədzadə Zeynəb və Behbudova Könülün təqdimatında 11-ci sinif şagirdlərinə keçiirlən “İmtahan stresi və ondan necə azad olmaq olar?” mövzusunda psixoloji seminarı göstərmək olar. Seminar zamanı tələbələrimiz şagirdlərə mövzu ilə bağlı psixoloji yardım göstərdi və onları maraqlandıran suallar cavablandırdılar.





