Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı ədalətin bərpası və gələcəyə baxış” adlı dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Tünzalə Yusifova açaraq 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsindən bəhs edib. O, çıxışında 30 ildir xalqımızın sağalmaz yarası olan bu faciənin  tarixindən, ulu Öndər Heydər Əliyev tərəfindən siyasi və hüquqi qiymət almasından bəhs etdi. Qeyd edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.   Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı.

Çıxışın ardınca Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi və bu dəhşətli faciəyə həsr olunmuş videoçarx nümayiş olundu.

Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Cavadova Zərifə  “Xocalı Soyqırımı ədalətin bərpası və gələcəyə baxış” mövzusunda ətraflı məruzə ilə çıxış etdi. Məruzənin ardınca çıxışlar dinlənildi.

O, öz çıxışında Xocalı faciəsinin tarixi barədə faktları göstərməklə qeyd etdi ki, tarixən erməni millətçiləri Azərbaycan xalqının başına müsibətlər gətirməklə öyünmüşlər.  Çıxışçı ermənilərin inanırıq xalqımıza qarşı törətdiyi  misligörülməmiş işgəncələrdən və əliyalın xalqımızın soyuq qış günü çəkdiyi əziyyətlərdən söz açdı. Ardınca çıxış edənlər­– Sosial və xüsusi fənlər kafedrasının dosenti Mayıl Alıcanov, Şasəddin Mikayılov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri f.ü.f.d Eyvaz Eminalıyev, Kitabxana və elektron resurslar şöbəsinin müdiri, baş müəllim Vəsilə Razimi öz növbəsində xalqımızın  qan yaddaşına çevrilən  bu faciənin tarixindən geniş şəkildə bəhs edərək öz çıxışlarında Xocalı Soyqırımının acı gerçəkliklərindən, xalqımızın başına gətirilən dəhşətli müsibətlərdən söz açıblar.