ADPU-nun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Musayeva Aysel ” Şəhla Qarayeva Təqaüd proqramı”nı (ŞQTP) qazanıb.
Qeyd edək ki, Şəhla Qarayeva Təqaüd Proqramı (ŞQTP) Azərbaycandan olan aztəminatlı (məhdud imkanlı) və təhsilə çıxışı məhdud olan qadınların təhsil imkanlarının genişləndirilməsi üçün yaradılıb. ŞQTP həyatını təhsilə həsr etmiş, məşhur pedaqoq və təbələrin dostu olan Şəhla Qarayevanın (1962-2018) adını daşıyır.
Təqaüd proqramının müsahibə mərhələsi iki dildə (Azərbaycan dili, ingilis dili) olub.
Tələbəmizi təbrik edir, uğurlarının davamını arzu edirik!




