ADPU-nun Şamaxı filialında İnformatika və onun tədrisi metodikası dərsindən maraqlı  görüntülər.

ADPU-nun Şamaxı filialının İbtidai sinif müəllimliyi ixtisasının III tədris ili tələbələrinin İnformatika və onun tədrisi metodikası dərsindən maraqlı  görüntülər. Dərs zamanı fənn müəllimi, İnformasiya və kommunikasiya şöbəsinin müdiri Mətanət Rəhimova fəal təlim  metodlarından istifadə edərək “İnformatikanın əsas anlayışlarının öyrədilməsi” mövzusunda maraqlı dərs təqdim etmişdir.

Tələbələrimiz “Emosiyaları tanıma və anlama” tələbələr üçün onlayn seminarda aktiv iştirak ediblər.

ADPU-nun Şamaxı filialının tələbələri Şəhla Nəcəfli və Mehriban İskəndərova təlimçi, tələbə kouçu Nərgiz Çalbayın təqdimatında keçirilən “Emosiyaları tanıma və anlama” tələbələr üçün onlayn seminarda aktiv iştirak edərək sertifikat alıblar. Tələbələrimizə uğurlar arzu edirik!