ADPU-nun Şamaxı filialında Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar anım mərasimi keçirildi.

“Azərbaycan Hava Yolları”nın Bakı–Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şamaxı filialında anım mərasimi keçirilib.

Tədbirdə filialın rəhbərliyi və  professor və müəllim heyəti iştirak ediblər.

Filialın direktoru dosent Tünzalə Yusifova  çıxışında diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin hadisə səbəbindən təyyarə ilə digər ölkənin hava məkanından Vətənə geri dönməsi Azərbaycan dövlətinin daim öz vətəndaşı yanında olmasının bariz nümunəsi, dövlət mexanizminin çevik fəaliyyətinin göstəricisidir Ardınca faciəvi hadisə ilə bağlı fikirlər dinlənildi.

Onu da qeyd edək ki, faciəvi qəza ilə  əlaqədar filialın Kitabxana və electron resurslar şöbəsi tərəfindən guşə hazırlanıb.